Bu rayonlarda qaz yoxdur



 10:30 18.08.2023     256

Bu gün Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Demedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilib ki, "Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.