Prezident üç ölkənin səfirini qəbul etdi
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə, səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın və Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun və Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib.
Demedia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.