İki bələdiyyə sədri cəzalandırıldı



 12:39 22.08.2023     299

Göyçay və Ağdaşda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Demedia.az-a verilən məlumata görə, Göyçay rayonunun Bığır, Ağdaş rayonunun isə Orta Ləki kəndində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Göyçay və Ağdaş RPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.