Neftçilərin ölümü ilə bağlı cinayət işi başlanıldı
İki neftçinin beton plitələrin çökməsi nəticəsində dənizə düşərək həlak olmaları ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Demedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər Dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü ( əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.