Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək



 11:27 26.08.2023     418

Qeyri-sabit, yağıntılı hava şəraiti sabah səhərədək davam edəcək.

Bu barədə Demedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 26-sı saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Lənkəranda 49 mm, Astarada 34 mm, Lerikdə 31 mm, Yardımlıda 22 mm, Şəkidə 18 mm, Şamaxıda 17 mm, Balakəndə 13 mm, Ağstafa, Tovuz, Qax, Göygöl, Qrız, Qobustan, Zaqatala, Quba,Göyçay, Qusar, Gəncə, Şahdağ, Mingəçevir, Yevlax, Qəbələ, Xaltan, İsmayıllı, Daşkəsən, Şəmkir, Beyləqan, Altıağac, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Ağdam, Oğuz, Şabran, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Göytəpə, Biləsuvarda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Məlumatda qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək. Avqustun 27-si gündüz və avqustun 28-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.

Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.