Bakı metrosunun ilk xanım maşinisti vəzifəsindən azad edildi



 13:29 28.08.2023     388

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.

Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.

G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.//Report.az