Orduya getmək istəyən yoxdur - Pul da işə yaramır
Rusiya Federasiyasında maaş və imtiyazlara baxmayaraq, orduya getmək istəyənlər kifayət qədər deyil.
Demedi.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, hazırda Rusiyada hərbi xidmətin yaxşı qazanc imkanları təqdim etməsinə baxmayaraq, Kreml orduya yeni adamların cəlb edilməsində problemlər yaşamaqda davam edir.
Məlumata görə, genişmiqyaslı müharibə başlayandan bəri Rusiya rəhbərliyi orduda xidməti maddi cəhətdən cəlbedici etməyə çalışır. Belə ki, Vladimir Putin hələ 2022-ci il fevralın 4-də, işğaldan az əvvəl leytenantların ayda 81,2 min rubl aldığını söyləmişdi. Lakin o, 2022-ci ilin oktyabrındakı çıxışı zamanı səfərbər olan əsgərlərə ayda 195 min rubl vəd etdi.
Bildirilir ki, hazırda müharibədə iştirak edən kiçik hərbi rütbəlilər ayda 200 min rubldan çox pul alır.