Zəlzələdən sonra dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb
Kürdəmir rayonunda qeydə alınmış 5,2 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Bu barədə Demedia.az-a nazirlikdən bildirilib.
“Zəlzələ nəticəsində hazırkı vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - qurum diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Zəlzələ Kürdəmir stansiyasından 14 km cənubda qeydə alınıb.