Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat



 14:23 05.09.2023     426

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Demedia.az xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.

Sərəncamla Əliyeva Ülviyə Qalib qızı icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva bu vəzifəyə qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.