Hərbi texnikamızın üzərindəki sirli işarə nədir? - AÇIQLAMA



 15:30 08.09.2023     345

Bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində tərsinə A hərfinin yazılmasıdır.

Hətta sosial şəbəkələrin erməni seqmentində də qorxu yaradan tərsinə, sirli A hərfi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Demedia.az-a bildirdi ki, bu simvollardan Azərbaycan Ordusu əvvəllər də istifadə edib və bu normal haldır:

“Bizə aid olan maşınları digərlərindən, digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün bu cür işarələrdən, nişanlardan istifadə edirik. Çünki eyni texnikalar həm də Ermənistan və rus ordusu tərəfindən istifadə edilir. Sosial şəbəkədə son dəfə görünən tərsinə A hərfi Azərbaycan sözünün tərsinə A həm də V kimi oxuna bilər. Ortadakı xətti nəzərə almasaq, bu “victory”, yəni zəfər işarəsidir”.

Ekspert işarəni Zəngəzurla əlaqələndirənlərlə bağlı bunları deyib:

“Bunun yazılmasında məqsəd hərbi qulluqçuların təhlükəsizliyini təmin etməkdir. Hərə özünəməxsus formada bunun şifrəsini çözməyə çalışır. Halbuki bu rəqəmlərdən biz daha əvvəllər də istifadə etmişik. İstənilən halda bu işarələrin əsas məqsədi bizim texnikaları Rusiya və Ermənistana aid olan texnikalardan fərqləndirməkdir. Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır”.