Ceyhun Bayramov BQXK-nin prezidenti ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesbaında paylaşım edilib.
Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çağırışlar və gələcək perspektivlər müzakirə olunub.
Qeyd edək ki, C.Bayramov Cenevrədə işgüzar səfərdədir.