Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirir
Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri birgə təlim keçirir.
Demedia.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.
Bildirilib ki, təlimdə sualtı hücum və müdafiə bölmələri iştirak edir.
Qeyd olunub ki, manevrlər sentyabrın 8-də başlayıb, sabah, ayın 15-də başa çatacaq.