Bu halda lisenziyanın verilməsi ləğv ediləcək
Dövlət rüsumunun ödənilməsini təsdiq edən hal olmadıqda lisenzsiya ləğv ediləcək.
Demedia.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna edilən dəyişikliyə əsasən, lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə lisenziya və icazə ləğv ediləcək.