Şuşa istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu
Bu gün saat 15:10 radələrində qeyri-qanuni silahlı dəstələrin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub.
Bu barədə Demedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.