Azərbaycanda “Tiktok” məhdudlaşdırıldı
Azərbaycanda "Tiktok" sosial şəbəkəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Demedia.az xəbər verir ki, hazırda ölkə ərazisindən "Tiktok"a giriş mümkün deyil.
Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri aparılır. Ordumuzun arsenalında mövcud olan yüksək dəqiqliyə malik silahların istifadəsi ilə yalnız qondarma rejimin qanunsuz silahlı birləşmələrinə məxsus hərbi hədəflər sıradan çıxarılır.