MN: "Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir"
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Bu barədə Demedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.
Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", - məlumatda vurğulanır.