“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində gözləyən "yardım" karvanı geriyə, Ermənistana qayıdır.
Demedia.az xəbər verir ki, karvana daxil olan yük avtomobilləri dönmə əməliyyatını həyata keçirə bilmədiyi üçün arxa-arxaya hərəkət edirlər.
Qeyd edək ki, Laçın yoluna dirənmiş “humanitar yük”ün daşıyıcısı “Spayka” şirkətinin 19 TIR-ı iyulun 26-dan 400 tonluq "humanitar yardım"la ərazidə gözləyir./ Report