Filippin sahillərində güclü zəlzələ oldu
İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Mati şəhərindən 285 km cənub-şərqdə, 100 km dərinlikdə yerləşir.
Hələlik tələfat və dağıntılar barədə xəbər verilmir.