Cəbrayılda elektrik xətləri tamamilə yerin altında olacaq
Gələcəkdə Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı xətlərdən ibarət olmaqla qurulacaq.
Demedia.az xəbər verir ki, bunu əraziyə təşkil olunmuş mediaturda "Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
"Ənənəvi yerüstü xətlər olmayacaq, təchizat abonentə qədər yeraltı izolyasiyalı naqillər vasitəsilə həyata keçiriləcək", - deyə o qeyd edib.