Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar



 16:01 30.09.2023     486

Qarabağdakı separatçı qurumun təmsilçilərindən olan Lyova Mnatsakanyan və Davit Babayan barəsində həbs qətiman tədbirinin seçilməsinə dair məhkəmə qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xİdmətinin (DTX) istintaq təcridxanasına etap olunublar.

Bu barədə Demedia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.