Prezident: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə geniş beynəlxalq dəstəyin təzahürüdür"
"Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir".
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında bildirib.
“Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla - 120 ölkənin yekdil qərarı ilə uzadılıb. Bu, həqiqətən də Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.