Laçında şəhərdaxili yollar sürətlə bərpa edilir



 10:21 05.10.2023     413

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə icra edir.

Demedia.az Agentliyə istinadən xəbər verir ki, layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir-çox küçə və yollarda sadalanan işlər yekunlaşıb.

Uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidənqurulması mərkəzi küçələrin və məhəllə daxili yolların bərpasından ibarətdir. Küçə və məhəllə daxili yolların eni 4-11 metr arası dəyişir.

Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.