Rusiya bu dəfə Xarkovun mərkəzini VURDU
Rusiya yenidən Ukraynanın Xarkov vilayətini raket atəşinə tutub.
Demedia.az xəbər verir ki, səhər saatlarında Xarkovun mərkəzinə zərbələr endirilib.
"Xarkov şəhəri atəş altındadır. Şəhərin mərkəzinə hücum barədə məlumat var", - şəhər meri İqor Terexov yazıb. Vilayət rəhbərliyi insanları sığınacaqlardan çıxmamağa çağırıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.