Bu vəzifə inzibati vəzifələrin birinci təsnifatına daxil edilir



 13:00 06.10.2023     324

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Demedia.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihə bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.