ANAMA işğaldan azad olunmuş ərazilərə işçi axtarır
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə müxtəlif işlərlə bağlı sənəd qəbulu elan edib.
ANAMA-nın mətbuat xidmətindən Demedia.az-a bildirilib ki, iş elanı Ağdam, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl və Xocavənd mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, anbardar, gözətçi, fəhlə, bağban vəzifələrinə qəbulla bağlıdır.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir:
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
∙ əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin dekabrın 30-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.