Növbəti iki gündə hava şəraiti sabit və yağmursuz keçəcək
Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 12-si gündüzədək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Demedia.az-a verilən məlumata görə, oktyabrın 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.