DİN və ANAMA vətəndaşlara çağırış etdi



 14:00 13.10.2023     289

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

DİN-dən Demedia.az-a verilən məlumata görə, çağırışda bildirilir ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər.

"Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq", - deyə vurğulanır:

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
• Yalnız gündəlik işlək yollardan istifadə edin!
• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
• Naməlum əşyalara toxunmayın!
• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!