Pensiya yaşına çatmadan vəfat edən şəxsin kapitalı hara gedir?
Pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşların kapitalı ilə bağlı sual veririldi. Pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır.
Demedia.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, məhz o da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır.
“Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni o kapitalı heç bir yerə itmir. O kapital əmək qabiliyyətli şəxslərin pensiyasının ödənilməsinə gedir”, - deyə nazir əlavə edib.