HƏMAS-ı ABŞ və Avropa maliyyələşdirir: Senatordan ŞOK İDDİA



 18:00 13.10.2023     301

Fələstin və İsrail arasında gərginliyin cari raundunda bir sıra qəribəliklər var.

Demedia.az "MK.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbərinin birinci müavini Vladimir Cabarov deyib. O qeyd edib ki, bugünkü qarşıdurma 1973-cü ildən bəri ən güclü qarşıdurmadır, baxmayaraq ki, əvvəllər də ərəblərlə israillilər arasında vaxtaşırı toqquşmalar olub.

Cabarova görə, Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsi qəribə xarakter daşıyır:

"Guya fələstinlilərin maraqlarını qoruyan HƏMAS gözlənilmədən israillilərə qarşı belə güclü hücuma başlayıb. Mülki əhali arasında dəhşətli itkilər var".

Siyasətçi eyham vurub ki, HƏMAS-ın İsrail ərazisinə hücumu hansısa xarici təsirdən kənarda olmayıb.

"Bu müddət ərzində (1973-cü ili nəzərdə tutur - red.) çox şey dəyişdi. Bəzi ərəb ölkələri, ilk növbədə Misir və İordaniya İsraillə diplomatik əlaqələr qurub. Hər şey normal gedirdi, amma bu münaqişə hər şeyi geriyə atdı. Ona görə də ortada kənar qüvvələrin olması ehtimalı yüksəkdir”, - deyə, Vladimir Cabarov fikrinə aydınlıq gətirib.

"HƏMAS ağalarının rəyi olmadan heç nə etməz. Biz HƏMAS-ı kimin yaratdığını bilirik. Bu, "Müsəlman Qardaşları"nın qanadıdır. Bunun arxasında kimin dayandığını da bilirik - ingilislər, amerikanlar və Qərbi Avropa onu maliyyələşdirir”, - o əlavə edib.