Milli Məclisin iclası başladı



 10:40 17.10.2023     329

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Demedia.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi

2. “Energetika haqqında” qanun layihəsi (ikinci oxunuş)

3. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

4. Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

5. “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

6. Azərbaycanın 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

9. “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

10. “Sosial xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

11. “Poçt haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

12. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

13. Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

15. “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

16. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycanın 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)