Bakıda narkotiklərin qrup halında qəbul edildiyi 5 məkan aşkarlandı



 18:31 19.10.2023     319

Ötən gün Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Demedia.az-a verilən məlumata görə, ictimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkokuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.