Azərbaycanda üç qanun ləğv olunacaq



 13:08 20.10.2023     419

Azərbaycanda üç qanun ləğv olunacaq.

Demedia.az xəbər verir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə “Haqsız rəqabət haqqında”, Antiinhisar fəaliyyəti haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar ləğv ediləcək.

Məsələ ilə bağlı hazırda qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırma aparılır.

Qeyd edək ki, bu gün “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.