Masallıda zəlzələ oldu
Masallı 3,5 maqnitudalı zəlzələ olub.
Bu barədə Demedia.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bala qədər hiss olunmuşdur”, – Mərkəzin məlumatında qeyd olunub.
Yeraltı təkanların ocağı 18 dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 00:58-də qeydə alınıb.