Şəmkirdə iki azyaşlı bacı kimyəvi məhluldan zəhərləndi
Şəmkir rayonunda valideynlərinin nəzarətindən yayınan iki azyaşlı uşaq kimyəvi məhlul içib.
“Report”un məlumatına görə, 2021-ci il təvəllüdlü bacılar yaşadıqları evdə yuyucu kimyəvi məhlul içiblər.
Hər iki uşaq zəhərlənib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.