"Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin?" - Tahir Kərimli
"Elə olur ki, ata xərçəng xəstəsidir, ömrünə az qalıb. Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin?".
Demedia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Tahir Kərimli deyib.
O bildirb ki, bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir.