Azərbaycan selektiv aborta görə birinci yerdədir



 14:59 27.10.2023     354

"Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir".

Demedia.az xəbər verir ki, bu fikirləri BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib.

O bildirib ki, ölkəmiz 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələyib: "Bütün selektiv abortlar kriminal abortlardır. Bununla Cinayət Məcəlləsinin qapısı açılır.

Həmçinin bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 30 %-dən yuxarısının zorakılığa məruz qaldığını öyrənmişdik. Təəssüf ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq".