Diqqət: Bu qızlar pullarınızı kartdan çəkə bilər



 16:00 27.10.2023     329

Azərbaycanda “Tinder ovçuları” dələduzluğu yenidən aktivləşib.

Demedia.az xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, “Tinder” sosial şəbəkəsində Azərbaycana yeni gəldiklərini iddia edən xanımlar oğlanlarla tanış olur:

“Onlar görüş üçün oğlanlara bilet almağa saxta film saytı göndərirlər. Bu linklər isə yerli kinoteatr saytlarının kopyası olur və fişinqdir. Bu vasitə ilə dələduzlar kartdan bütün pulları çəkir”.