Professor İbadulla Məmmədov vəfat etdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin professoru İbadulla Əli oğlu Məmmədov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
72 yaşlı pedaqoq doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində dəfn olunub.
Qeyd edək ki, 1985-ci ildən etibarən sözügedən universİtetdə çalışan İ.Məmmədov 6 monoqrafiyanın, 2 metodik vəsaitin, 1 dərsliyin və 100-ə qədər elmi məqalənin müəllifidir. "Qarabağ sivilizasiyasının mərkəzlərindən biri" məqaləsi dünyanın 64 ölkəsində çap olunub.//Report.az