Şamaxının bəzi kəndlərində qaz kəsiləcək



 10:14 31.10.2023     289

Şamaxı rayonunun bəzi kəndlərində üç gün müddətində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Demedia.az-a  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin birləşdirilməsi ilə əlaqədar noyabrın 1-3-də “Mədrəsə” Qaz Paylayıcı Stansiyalardan qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin, Adnalı, Kərkənc, Mirikənd, Məlikçobanlı, Çaylı, Qaravəlli, Sabirli, Çarhan, Quşçu, Məlcək, Kələxana, Göylər, Dağ Bağırlı, Nüydü və Yenikəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.