Sumqayıtda orta aylıq əməkhaqqı artdı



 11:19 31.10.2023     307

Bu ilin yanvar-sentyabtr aylarında Sumqayıt şəhərində orta aylıq əməkhaqqı 850 manat təşkil edib.

Demedia.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.

Hesabat dövründə Sumqayıtda 1 121 yeni iş yeri açılıb.

9 ay ərzində şəhərdə ticarət dövriyyəsinin dəyəri isə 400 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,6 % çoxdur.