Azərbaycanda təhsil xərcləri artırılır



 12:30 02.11.2023     639

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Təhsil xərclərinin ÜDM-də çəkisi 3,8%, ümumi büdcə xərclərində isə 12,4% təşkil edəcək.

Demedia.az