Azərbaycanda erməni dili kursları - Proqram açıqlandı



 14:03 02.11.2023     507

Xocalı qatillərindən biri Vaqif Xaçaturyanın məhkəmə prosesində tərcüməçilik edən, peşəkar mütəxəssis İsmayıl Tanrıverdinin sözlərinə qüvvət: "Düşmənin dilini öyrənmək onlara qarşı meydan oxuyan cəsarətli bir hərəkətdir".

Bu minvalla Karyera və İşə Hazırlıq Mərkəzinin tabeliyində erməni dili üzrə sıfırdan praktiki danışıq kursları təşkil ediləcək.

Proqram 6 ay müddətində, həftədə 3 dəfə olmaqla, 1.5 saat davam edəcək.

Proqram ayı ərzində əlifba, ilkin yazı, oxu və danışıq vərdişləri, asan və nisbətən orta səviyyədə olan erməni mətnlərini tərcümə edilməsi, əzbərlənməsi və danışılması, nisbətən çətin hesab olunan mətnlərin tərcüməsi, danışıq vərdişlərinin öyrədilməsi və gündəlik erməni mətbuatında olan videoların və yazıların tərcümə edilməsi, eləcə də dinləmə bacarıqlarının formalaşdırılması prosesləri həyata keçiriləcək.

Həmçinin proqram ayı ərzində 6 mövzu sınaq imtahanı, təkrarlar, eləcə də yekun imtahan təşkil ediləcək.

Proqramı başa vurmağa dair Sertifikat təqdim ediləcək.

Erməni dili praktik danışıq kursları bu sahə üzrə ixtisaslaşmış Həsən Əhmədov tərəfindən tədris ediləcək.

İlk proqram 1 Dekabr tarixindən başlayacaq, 1, 3 və 5-ci günlər saat 19:00-dan 20:30-dək davam edəcək.

İştirak üçün aylıq ödəniş 150 manatdır.

Qeydiyyat üçün ofisimizə yaxınlaşa və ya online müraciət edə bilərsiniz.

Ünvan:

Sahil Biznes Mərkəzi, mərtəbə 5

(Sahil metrosu olan bina)

Əlaqə:

070 214 5250