Tokayev İlham Əliyevi təbrik etdi



 10:31 03.11.2023     344

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Demedia.az  “Report”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.