"Zəfər günü Azərbaycan xalqının həyatında intibah dövrünün başlanmasıdır"



 13:18 06.11.2023     342

"İşğal olunmuş torpaqlarda, dağıntı, yağma, Azərbaycan izlərinin silinməsi prosesi davam edirdi. Bütün bunlara qarşı isə heç bir beynəlxalq qurum, beynəlxalq ictimaiyyət nümayəndələri və özlərini sivil dünyanın aparıcı qüvvələri sayan heç bir dövlət konkret mövqe ortaya qoymadı. Ortaya qoyulmuş mövqelər bəyanatdan o yana keçmədi. Azərbaycan özü Həm BMT qətnamələrinin icrasını həyata kecrdi, həm də cənab Ali Baş Komandanın rəhbərliyi altında bütün xalq birləşərək ərazi bütövlüyünü bərpa etdi".

Bu sözləri Demedia.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat bildirib ki, Qarabağ münaqişəsi birdəfəlik həll olundu:

Azərbaycan Ermənistan və Rusiya rəhbərlərinin imzaladıgı bəyanatın şərtlərinə uyğun olaraq, Azərbaycan öz üzərinə düşən öhdəlikləri hər zamanki kimi yerinə yetirdi. Bu razılaşmanın bəndləri Azərbaycan tərəfindən icra olunmağa başladı. "Çox təəssüf ki, nəinki Ermənistan bu öz üzərinə götürdüyü öhdəliklərin icrası barədə düşündü,hətta davamlı şəkildə diskritasiya etməyə başladı. Azərbaycanın xəbərdar etməsinə, Laçın sərhəd buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərhədlərinə tam nəzarət olunmasına baxmayaraq, qeyri-qanuni silahlı birləşmələr Ermənistan tərəfindən silah-sursatla təchiz olunurdu. Yenə də bu birləşmələr pozuculuq fəaliyyətini davam etdirmək üçün özlərinə əsas axtarmağa çalışırdılar. Lakin cənab Prezidentin hər zaman dediyi bir məsələ burada həyata keçdi".

Müşfiq Məmmədlinin sözlərinə görə, Azərbaycan öz ərazisində bütün şəxslərə, etnik qruplara bərabər şərait yaradır: "Azərbaycan beynəlxalq və ikitərəfli müqavilələrdə verdiyi bütün sözlərə sadiqdir. Bununla yanaşı, öz ərazi bütövlüyünə və insanlarının həyatına, təhlükəsizliyinə risk yaradan istənilən bir faktora qarşı sərt mövqeyini ortaya qoyub və qoyacaqdır. Bunun nəticəsində biz 23 saatlıq antiterror əməliyyatlarının şahidi olduq. Bundan sonra beli qırılmış və bizim zəfərimizə boyun əymiş tör-töküntülərdə tamamilə məhv edildi və kapitulyasiya aktına imza atmağa məcbur oldular. Qondarma bir qurumun ləğv olunması barədə bəyanat verdilər".

Deputat qeyd edib ki, bütün bunlar bizim Şuşanın azad olunması ilə Qarabağ problemini həll etdiyimizin bir sübutu idi:

"Zəfər gününün önəmi zaman keçdikcə daha da aydın olur. Bu Azərbaycan xalqının qalib xalq, qalib millət olduğunu bütün dünyaya bəyan etməyimizdir. Zəfər günü Azərbaycan xalqının həyatında intibah dövrünün başlanmasıdır. Zəfər günü Azərbaycan xalqının qalib xalqlar sırasına qoşulduğu bir gündür. Azərbaycan xalqı bundan sonra həyatın bütün sahələrində böyük və möhtəşəm uğurlar silsiləsinə daxil olmuşdur".

Son olaraq deputat vurğulayıb ki, bunun üçün hər birimiz əsgərlərimizə, xalqımıza və müzəffər Ali Baş Komandanımıza borcluyuq: "Azərbaycan Vətən müharibəsi başlamadan öncə bu 30 il ərzində davamlı şəkildə beynəlxalq hüququn normalarına uyğun olaraq və beynəlxalq ictimaiyyətinin qəbul etdiyi normalar çərçivəsində Ermənistanla bu münaqişənin aradan qaldırılması üçün mümkün olan təklifləri, müzakirələri daim davam etdirirdi Buna baxmayaraq, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazisində etnik separatizmi qızışdırmaq cəhdləri davam edirdi.Son nəticədə Dəmir yumruq başlarına endi,darmadagın oldular,Azərbaycan tarixi zəfər qazandı!"