“Azəriqaz” şəhid ailəsinin iki istəyini yerinə yetirdi - Video
Tərtər RQİİ-nin rəhbər şəxsləri Ağcabədi rayonunun Füzuli küçəsində yerləşən fərdi yaşayış evlərindən birinə baxış keçiriblər.
Demedia.az xəbər verir ki, səbəb isə şəhid ailəsinin SOCAR “Azəriqaz” İB-yə ünvanladığı müraciət olub.
Belə ki, 44 günlük Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədovun ailəsi yaşadığı evin qazlaşdırılmasını, həmçinin şəhidin abidəsinin və fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Şəhid ailələri və qazilərə hər zaman xüsusi həssaslıqla yanaşan SOCAR “Azəriqaz” İB qısa zamanda müraciətin həllinə nail olub. Özü də iki işi 1 gündə görməklə. Əvvəlcə qaz xəttinin yeri dəyişdirilib. Daha sonra isə fərdi yaşayış evi qazlaşdırılaraq mavi yanacaqla təchiz edilib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədov Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı isə şəhadətə ucalıb.