“Azəriqaz” rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır
Noyabr ayının 14-də saat 15:00-da “Facebook” və “Instagram” sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə Demedia.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciət edə bilərlər.