Türkiyə XİN Azərbaycanı təbrik etdi



 11:27 17.11.2023     235

"35 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi".

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin 17 noyabr- Milli Dirçəliş Günü ilə bağlı "X" hesabında yazılıb.

"O gün Bakıda ucaldılan bayraq bu gün bütün Azərbaycan səmasında dalğalanır. Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik", - paylaşımda bildirilib.