“Gülü” qadınları satdığına görə həbs olundu
Bakıda qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib.
Demedia.az-ın Publika.az-a istinadən əldə etdiyi məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin 28 sentyabrda həyata keçirdiyi tədbirlərlə 1986-cı ildə Gəncədə anadan olmuş Yevlax rayon sakini “Gülü” ləqəbli Gülnar Əliyeva saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə iş başlanılıb.
Müəyyən edilib ki, həmin şəxs paytaxtda 2 qadını mütəmadi olaraq fahişəliyə cəlb edib. O, Türkan və Gülnar adlı qadınları 500 manat müqabilində kişilərlə görüşə göndərib və hər görüşdən özünə 200 manat gəlir götürüb.
Bundan başqa G.Əliyevanın daha əvvəl insan alverinə görə də tutulması və 2019-cu ildə şərti cəzaya məhkum edilməsi məlum olub.
“Gülü” ləqəbli şəxs barəsindəki cinayət işinin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesi ötən həftə başa çatıb və Gülnar Əliyeva 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.