Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edildi
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.
Demedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də bu vəzifəyə təyin edilmişdi.