Mədət Quliyev Təhlükəsizlik Şurası katibinin müavini təyin edildi



 11:40 18.11.2023     376

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Demedia.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də müdafiə sənayesi naziri vəzifəsinə təyin olunmuşdu. O, dövlət başçısının bugünkü Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.